Sığınacaqda tək, amma "Qarabağ"la bir yerdə: Kiçik qəlbin böyük sevgisi - VİDEO

21:23 - 11 Dekabr 2025

Sığınacaqda tək, amma \"Qarabağ\"la bir yerdə: Kiçik qəlbin böyük sevgisi - VİDEO

"Qarabağ" klubunun UEFA Çempionlar Liqasının altıncı turunda "Ayaks"a qarşı keçirdiyi oyun sosial şəbəkələrdə fərqli səbəblə gündəm olub. Azyaşlı "Qarabağ" azarkeşinin Qadın və Uşaq Sığınacağında bu qarşılaşmanı təkbaşına izləməsinin görüntüləri yayılıb.


Manset.az Oxu.az-a istinadən xəbər verir ki, azyaşlı qəhrəman Əkbər Zülfüqarov hisslərini, arzularını və "Qarabağ" klubuna olan sevgisini bölüşüb.

O, "Qarabağ"da Kevin Medina, Abdulla Zubir və Nəriman Axundzadəni çox sevdiyini bildirib.

Əkbər "Qarabağ"ın oyununu tribunadan canlı izləmək, sevdiyi futbolçularla şəkil çəkdirmək istəyir. Onun ən böyük arzusu isə futbolçu olub "Qarabağ" komandasında çıxış etməkdir.

Müsahibəni təqdim edirik:



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az