Messinin ən hündür heykəli ucaldıldı

00:30 - 12 Dekabr 2025

Messinin ən hündür heykəli ucaldıldı

Hindistanın Qərbi Benqal ştatında, Kəlküttə şəhərinin Leyk Taun ərazisində argentinalı ulduz futbolçu Lionel Messinin nəhəng heykəli ucaldılıb.


Manset.az Qol.az-a istinadən xəbər verir ki, “Sribhumi” idman klubu tərəfindən hazırlanan heykəlin hündürlüyü təxminən 21.3 metr təşkil edir. Məlumata görə, dəmirdən hazırlanan bu heykəl dünyada Messiyə həsr olunmuş ən hündür heykəldir.

Abidədə futbolçu əlində Dünya Kuboku ilə təsvir olunub. Klubun prezidenti Sucit Bose heykəlin cəmi 40 gün ərzində ərsəyə gəldiyini bildirib.

Təhlükəsizlik və asayişlə bağlı narahatlıqlar səbəbindən heykəlin rəsmi açılışı dekabrın 13-də ulduz futbolçunun virtual iştirakı ilə baş tutacaq.

Qeyd edək ki, Kəlküttə şəhəri futbol sevgisi ilə tanınır. Daha əvvəl Dieqo Maradona, Ronaldinyo və Emiliano Martines kimi əfsanələr də bu şəhəri ziyarət ediblər.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az