Ançelotti “Qarabağ”ın məşhur futbolçusunu istəyir

11:02 - 12 Dekabr 2025

Ançelotti “Qarabağ”ın məşhur futbolçusunu istəyir

“Qarabağ”ın yarımmüdafiəçisi Pedro Bikalyo qışda komandadan ayrıla bilər.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki,  onun xidmətində “Botafoqo” klubu maraqlıdır. Bu komandanın baş məşqçisi Davide Ançelotti (Braziliya millisinin baş məşqçisi Karlo Ançelottinin oğlu) Bikalyonu bəyənib və onu komandasında görmək istəyir. 

Qeyd edək ki, Pedro Bikalyonun “Qarabağ”la müqavilə müddəti 2028-ci ilin yayına qədərdir. O, Ağdam klubuna bu ilin yayında “Palmeyras”dan keçib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az