Dünyanın ən yaxşı qapıçısı məlum oldu

23:31 - 16 Dekabr 2025

Dünyanın ən yaxşı qapıçısı məlum oldu

FIFA-nın “İlin Ən Yaxşıları” mükafatında ilin ən yaxşı qapıçısı Donnarumma seçilib. 


Manset.az xarici mediaya istinadən xəbər verir ki, FIFA tərəfindən təsis edilən “İlin Ən Yaxşıları” mükafatlarının təqdimetmə mərasimi Qətərdə keçirilib. Səsvermənin nəticələrinə əsasən, ilin ən yaxşı qapıçısı adına italiyalı qapıçı Canluici Donnarumma layiq görülüb.

Ötən mövsüm Paris Sen-Jermen (PSJ) forması ilə UEFA Çempionlar Liqasında, Fransa Liqa 1-də, Fransa Kubokunda və Fransa Superkubokunda çempionluq sevinci yaşayan italiyalı qapıçı karyerasında ilk dəfə bu nüfuzlu mükafata sahib olub.

Canluici Donnarumma Alisson Bekker, Tibo Kurtua, Emiliano Martines, Manuel Noyer, David Raya, Yann Sommer və Voytsex Şensnı kimi tanınmış qapıçıları geridə qoyaraq mükafatı əldə edib.

26 yaşlı qapıçı uğurlu mövsümdən sonra ötən yay transfer dövründə PSJ-dən “Mançester Siti” klubuna transfer olunub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az