Dünyada ilin ən yaxşı qadın futbolçusu o oldu

00:30 - 17 Dekabr 2025

Dünyada ilin ən yaxşı qadın futbolçusu o oldu

“Barselona”nın yarımmüdafiəçisi Aytana Bonmati FIFA The Best 2025 versiyasına görə dünyada ilin ən yaxşı qadın futbolçusu adına layiq görülüb.


Manset.az Qol.az-a istinadən xəbər verir ki, daha əvvəl ispaniyalı futbolçu 2025-ci ildə üçüncü dəfə ardıcıl olaraq qadınlar arasında “Qızıl top”u qazanaraq rekord müəyyənləşdirmişdi.

Geridə qalan mövsümün yekunlarına əsasən, Bonmati "Barselona"nın heyətində İspaniya çempionu olub, həmçinin Kraliça Kubokunu və İspaniya Superkubokunu qazanıb. Yarımmüdafiəçi mövsüm ərzində 16 qol vurub və 12 məhsuldar ötürmə edib.

Qeyd edək ki, İspaniya millisinin tərkibində isə Aytana Bonmati Avropa çempionatının finalına qədər irəliləyib. Final görüşündə İspaniya İngiltərəyə penaltilər seriyasında uduzub (əsas vaxt 1:1, penaltilər 1:3). Buna baxmayaraq, Bonmati turnirin ən yaxşı futbolçusu seçilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az