"Fənərbağça"dan şok transfer 

16:02 - 24 Dekabr 2025

\"Fənərbağça\"dan şok transfer 

"Fənərbağça"nın Ademola Lookman üçün Milanda etdiyi ilk görüşün müsbət keçdiyi iddia edilib.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, Sadəddin Saranın Türkiyəyə dönməsi səbəbilə yarımçıq qalan iclasdan sonra klubun nigeriyalı ulduz üçün ikinci addımı atmağa hazırlaşdığı bildirilib.

Xəbərdə, "Fənərbağça"nın Ademola Lookman transferini bitirmək üçün yeni bir addım atmağı planladığı bildirilir. İdarə heyətinin görüşmənin müsbət atmosferini davam etdirmək üçün qısa müddət ərzində yenidən masaya otura biləcəyi qeyd edilib.

"Atalanta" formasını geyən Ademola Lookman, bu mövsümdə 16 oyunda iştirak edib və 3 qol, 1 asistlə komandasına kömək edib. Nigeriyalı futbolçunun "Atalanta" ilə müqaviləsi 2027-ci ilə qədər davam edir və bazar qiyməti 35 milyon avro olaraq göstərilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az