"Real Madrid"in 2026-2027 forması sızdırıldı - FOTO

23:12 - 26 Dekabr 2025

\"Real Madrid\"in 2026-2027 forması sızdırıldı - FOTO

“Real Madrid” klubunun 2026–2027 mövsümü üçün nəzərdə tutulan forması ortaya çıxıb.


Manset.az-ın xarici mediaya istinadən əldə etdiyi məlumata görə, yeni forma dizaynında klubun ənənəvi ağ rəngi qorunub saxlanılıb. Bununla yanaşı, ağ rəng fonunda yaşıl və çəhrayı detallara xüsusi yer verilib.

Xüsusilə yaxa hissəsi, istehsalçı brendin loqosu, eləcə də forma üzərindəki sponsor nişanları tünd yaşıl rəngdə hazırlanıb.

İstehsalçı şirkətin üç zolağı isə çəhrayı rəngdə dizayn edilərək formanın üzərində əks olunub.

Qeyd olunur ki, bu rəng kombinasiyası “Real Madrid” klubunun tarixində ev oyunları üçün nəzərdə tutulmuş formalarda indiyədək istifadə edilməmiş və fərqli dizayn kimi diqqət çəkir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az