"Beşiktaş"dan açıqlama - Bu iki futbolçunu uzaqlaşdırdı

23:17 - 26 Dekabr 2025

\"Beşiktaş\"dan açıqlama - Bu iki futbolçunu uzaqlaşdırdı

“Beşiktaş” klubu təcrübəli futbolçular Mert Günok və Necip Uysaldan mövsümün fasilə dövründə özlərinə yeni komanda tapmalarını istəyib.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, klubun yaydığı açıqlamaya görə, məşqçilər heyətinin hesabatı və idarə heyətinin razılığı əsasında hər iki oyunçuya futbol üzrə gələcək planlarda nəzərdə tutulmadıqları rəsmi şəkildə bildirilib.

Açıqlamada qeyd olunub ki, Necip Uysal və Mert Günok fasilə dövründə yeni klub tapa bilmədikləri təqdirdə çempionatın ikinci dövrəsində məşqlərini əsas komandadan ayrı şəkildə davam etdirəcəklər.

Klubun bəyanatında deyilir: “Futbol akademiyamızda yetişən və 2009–2010 mövsümündən etibarən əsas komandamızın formasını geyinən Uysala, eləcə də 2021–2022 mövsümündən bu yana qapımızı qoruyan Günoka bundan sonrakı karyeralarında uğurlar arzulayır, məlumatı ictimaiyyətin diqqətinə hörmətlə çatdırırıq”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az