2025-ci il sona yaxınlaşdıqca, ilin ən çox qazanan futbolçuları açıqlanıb.
Manset.az Trend-ə istinadən xəbər verir ki, siyahıya əsasən, ilin ən çox qazanan 10 futbolçusu sırasında İspaniyadan dörd, Səudiyyə Ərəbistanından üç, İngiltərədən iki və ABŞ-dən bir oyunçu yer alıb.
"Əl-Nəsr"də çıxış edən Kriştiano Ronalda başa çatmaqda olan ilin ən çox qazananıdır. 40 yaşlı portuqaliyalı hücumçu 280 milyon dollar qazanıb.
2025-ci ilin ən çox qazanan futbolçularını təqdim edirik:
1. Kriştiano Ronaldo ("Əl-Nəsr) - 280 milyon avro
2. Lionel Messi ("İnter Mayami") - 130 milyon avro
3. Kərim Benzema ("Əl-İttihad") - 104 milyon avro
4. Kilian Mbappe ("Real") - 95 milyon avro
5. Erlinq Haaland ("Mançester Siti") - 80 milyon avro
6. Vinisius Junior ("Real) - 60 milyon avro
7. Sadio Mane ("Əl-Nəsr") - 54 milyon avro
8. Cud Bellingem ("Real") - 44 milyon avro
9. Lamin Yamal ("Barselona") - 43 milyon avro