“Çelsi” məğlub oldu

23:56 - 27 Dekabr 2025

“Çelsi” məğlub oldu

İngiltərə Premyer Liqasının növbəti turunda “Aston Villa” səfərdə “Çelsi”ni məğlub edib.


Manset.az xəbər verir ki, Londonun “Stemford Bric” stadionunda keçirilən qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyunda hesabı meydan sahibləri açıblar. Joao Pedro 37-ci dəqiqədə fərqlənərək “Çelsi”ni önə çıxarıb. Lakin ikinci hissədə təşəbbüsü ələ alan “Aston Villa” geridönüşə imza atıb. Komandanın kapitanı Olli Uotkins 63-cü və 84-cü dəqiqələrdə vurduğu qollarla görüşün taleyini həll edib.

Bu qələbə ilə “Aston Villa” Premyer Liqada vacib 3 xal qazanıb, “Çelsi” isə doğma meydanda növbəti xal itkisi ilə üzləşib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az