Ronaldoya qırmızı vərəqə göstərən hakim belə cəzalandırılıb 

12:40 - 28 Dekabr 2025

Ronaldoya qırmızı vərəqə göstərən hakim belə cəzalandırılıb 

La Liqanın sabiq hakimi Xavyer Estrada Fernandes Kriştiano Ronaldo ilə bağlı şok etiraf edib.


Manset.az xəbər verir ki, onun sözlərinə görə, Madrid "Real"ının keçmiş hücumçusu Ronaldoya qırmızı vərəqə göstərdikdən sonra iki il müddətinə "Real"ın iştirak etdiyi oyunlara təyinat almamaqla cəzalandırılıb.

Ehtimal ki, söhbət 2009/2010 mövsümünün 13-cü turunda keçirilmiş "Real" - "Almeriya" (4:2) oyunundan gedir. Həmin oyunda Fernandes 88-ci dəqiqədə Ronaldonu meydandan qovmuşdu.

"2009-cu ildə Ronaldonu meydandan qovduqdan sonra demək olar ki, iki il ərzində Real-ın oyunlarını idarə etmədim. Həmin oyundan sonra evə qayıdanda Hakimlər Komitəsinin rəhbəri Sançes Arminio mənə zəng etdi. O dedi ki, baş verənlər onun xoşuna gəlməyib, bu epizod bütün milli idman qəzetlərinin manşetlərində olacaq və bunun nəticəsiz qalmayacağına eyham vurdu.

Futbolda elə bir qaranlıq tərəf var ki, ya insanlar onu tanımır, ya da bilmək istəmirlər. Həmin tərəfdən öz maraqları üçün istifadə edənlər də var", - deyə Fernandes bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az