"Qalatasaray" Çempionlar Liqasını da nəzərə alaraq transfer məsələsində diqqətli bir iş aparır. Ulduz futbolçularla əlaqə quran klubun hədəfində hazırda 3 yeni oyunçu var.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, "Qalatasaray"da transfer işləri davam edir.
Müdafiə xətti üçün hərəkətə keçən "Qalatasaray"ın PSG-nin oyunçusu Lucas Beraldoyu radarına aldığı iddia edilib.
Klubun braziliyalı mərkəz müdafiəçisini ilkin olaraq bir müddətlik istədikləri qeyd edilib.
Sözügedən müdafiəçi bu mövsüm fransız klubuyla 15 oyunda oynayıb və 1 qol vurub.
"Qalatasaray"ın maraqlandığı digər bir isim isə Sporting Lizbonun oyunçusu Ousmane Diomande və hazırda Milan forması geyinən Strahinja Pavlovicdir.