Türkiyənin Super Liqasının ilk yarısını lider olaraq tamamlayan "Qalatasaray"da ilk ayrılıq baş verib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, oyunçu Berkan Kutlu "Konyaspor" ilə müqavilə bağlamağa razılaşıb.
"Konyaspor"un açıqlamasına görə, təcrübəli futbolçu imza atmaq üçün Konyaya dəvət edilib.
"Qalatasaray" karyerasında 159 rəsmi matçda iştirak edən və 3 qol, 8 asistlə komandasına kömək edən 27 yaşlı orta sahə oyunçusunun hazırkı bazar dəyəri 2,5 milyon avro olaraq qiymətləndirilir. "Konyaspor"un yeni mövsüm planlarına uyğun olaraq Berkan Kutlu ilə yanaşı Deniz Türüç, Arif Boşluk və Sander Svedsen ilə də müqavilə bağlanıb.