“Qalatasaray” ulduz hücumçu Viktor Osimhen üçün yay transfer dövründə ən az 150 milyon avro tələb etməyi planlaşdırır. Rəhbərlik nigeriyalı futbolçunun yüksək performansına görə rekord təkliflərin gələcəyini gözləyir.
Manset.az-ın məlumatına görə, mövsümün əvvəlində “Napoli”dən 75 milyon avroya transfer olunan Osimhen, 2025-ci ildə oynadığı 51 matçda 46 qol vurub və Avropanın böyük klublarının diqqətini cəlb edib.
“Qalatasaray” rəhbərliyi Osimhenin real dəyərinin daha yüksək olduğunu vurğulayır.