"Fənərbağça"da bu azərbaycanlıya vəzifə verildi - FOTO

17:48 - 08 Yanvar 2026

\"Fənərbağça\"da bu azərbaycanlıya vəzifə verildi - FOTO

Türkiyənin "Fənərbağça" İdman Klubunda azərbaycanlı idmançı Ramil Quliyev vəzifəyə təyin edilib.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ramil Quliyevə Atletika Şöbəsinin rəhbəri vəzifəsi verilib.

Klubun açıqlamasına görə, klub binasında keçirilən imza mərasimində "Fənərbağça" Atletika Şöbəsindən Məsul İdarə Heyətinin Üzvü Ozan Vural və "Fənərbağça" Həvəskar Şöbələr Koordinatoru Yüksel Seçkin Saruhan da iştirak ediblər.

"Fənərbağça" Klubu, Ramil Quliyevə yeni vəzifəsində uğurlar arzuladığını bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az