Kadi məşqlərə belə qayıtdı - VİDEO

20:43 - 08 Yanvar 2026

Kadi məşqlərə belə qayıtdı - VİDEO

UEFA Çempionlar Liqasının əsas mərhələsində keçirilən “Qarabağ” – “Çelsi” (2:2) matçında ağır zədə alan Kadi Borges yenidən yaşıl meydanlara dönüb.


Manset.az xəbər verir ki, ötən ilin noyabrında baş tutan həmin qarşılaşmada sol ayaq sümüyü (fibula) qırılan braziliyalı yarımmüdafiəçi uzunmüddətli bərpa prosesini uğurla başa vurub.

Futbolçunun sosial şəbəkələrdə paylaşılan görüntülərində onun məşqlərə başladığı və ingiliscə “come back” (geri döndüm) deyərək qayıdışını qeyd etdiyi görünür.

Xatırladaq ki, 29 yaşlı “sambaçı” “Çelsi” ilə Bakıdakı tarixi heç-heçə zamanı oyunun 31-ci dəqiqəsində məcburi əvəzlənmişdi.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az