"Sumqayıt" Macarıstan klubuna uduzdu

18:54 - 09 Yanvar 2026

\"Sumqayıt\" Macarıstan klubuna uduzdu

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Sumqayıt" komandası ilk yoxlama oyununda məğlub olub.


Manset.az xəbər verir ki, Saşa İliçin baş məşqçisi olduğu kollektiv Macarıstan təmsilçisi "Pakş"la üz-üzə gəlib.

Qarşılaşma rəqibin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Kimyaçılar"ın qoluna Rüstəm Əhmədzadə imza atıb.

Qeyd edək ki, "Sumqayıt" yanvarın 12-də Serbiyanın OFK (Belqrad), 16-da isə Xorvatiyanın "Osiyek" klubları ilə qarşılaşacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az