"Neftçi" Çempionlar Liqasının iştirakçısına qalib gəldi

19:28 - 09 Yanvar 2026

\"Neftçi\" Çempionlar Liqasının iştirakçısına qalib gəldi

"Neftçi" qış təlim-məşq toplanışında ilk yoxlama oyununu keçirib.


Manset.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə hazırlıq prosesi keçən klub Qazaxıstanın "Kayrat" komandası ilə üz-üzə gəlib.

Qarşılaşma "Neftçi"nin 3:0 hesablı qələbəsi ilə bitib. "Ağ-qaralar"ın heyətində Ağadadaş Salyanski (67), Vensan Abubakar (89) və Murad Məmmədov (90+2) fərqləniblər.

Qeyd edək ki, "Kayrat" hazırda Çempionlar Liqasının iştirakçısıdır və Liqa mərhələsində 1 xalla sonuncu - 36-cı sırada yer alıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az