"Çelsi"yə ittiham irəli sürüldü

00:30 - 10 Yanvar 2026

\"Çelsi\"yə ittiham irəli sürüldü

İngiltərə Futbol Assosiasiyası “Çelsi”yə qarşı rəsmi ittiham irəli sürüb.


Manset.az Qol.az-a istinadən xəbər verir ki, bu qərar Premyer Liqada “Aston Villa” ilə oyunda baş verən xoşagəlməz hadisədən sonra qəbul olunub.

Hadisə dekabrın 27-də “Stemford Bric”də keçirilən və “Çelsi”nin 1:2 hesabı ilə məğlub olduğu matçdan sonra baş verib. Final fitindən dərhal sonra “Aston Villa”nın ehtiyat oyunçular skamyasına plastik su butulkası atılıb və nəticədə qonaq komandanın oyunçuları və heyəti islanıb. “Aston Villa” rəsmiləri butulkanın meydan sahiblərinin skamyasından rəqibin vaxt uzatmasına etiraz olaraq atıldığını bildiriblər.

Qeyd edək ki, qurumun diqqətindən yayınmayan bu hadisə fonunda London klubu oyunçu və ya digər üzvlərin qeyri-etik davranışına görə ittiham edilib. “Çelsi”nin bu ittihama cavab vermək üçün yanvarın 12-dək vaxtı var.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az