Bu gün Türkiyə Superkubokunun qalibi müəyyənləşib.
Manset.az xəbər verir ki, həlledici qarşılaşmada “Qalatasaray” “Fənərbaxça” ilə üz-üzə gəlib.
Atatürk Olimpiya Stadionunda keçirilən oyun Bakı vaxtı ilə saat 19:45-də başlayıb.
“Sarı-lacivərdlilər” komandanın yeni transferləri Mateo Genduzi və Ceydon Ostervoldenin vurduğu qollarla rəqibini 2:0 hesabı ilə məğlub edib və kuboku qazanıb.
Qeyd edək ki, “Qalatasaray” tarixində 10-cu dəfə Türkiyə Superkubokunu qazanıb. Komanda sonuncu dəfə bu kubokun sahibi 2014/15 mövsümündə olmuşdu.