“Qarabağ” bu gün 2 oyun keçirəcək

10:40 - 16 Yanvar 2026

“Qarabağ” bu gün 2 oyun keçirəcək

Antalyada təlim-məşq toplanışında olan “Qarabağ” bu gün iki yoxlama oyunu keçirəcək.


Manset.az xəbər verir ki, Qurban Qurbanovun komandası əvvəlcə Xorvatiya təmsilçisi “Osiyek”lə qarşılaşacaq.

Oyun Bakı vaxtı ilə saat 12:00-da başlayacaq.

“Osiyek” hazırda Xorvatiya çempionatında 18 turdan sonra 14 xalla sonuncu - 10-cu pillədə qərarlaşıb.

Ağdam təmsilçisi bu gün  Polşanın “Zaqlebye” klubu ilə də üz-üzə gələcək. Bu görüş isə 19:00-da start götürəcək.

“Zaqlebye” hazırda Polşa çempionatında 18 turdan sonra 28 xalla 5-ci pillədədir.

Qeyd edək ki, “Qarabağ” ilk yoxlama matçında Özbəkistan təmsilçisi “Neftçi”ni 5:0 hesabı ilə məğlub etmişdi.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az