"Qarabağ" qələbə qazandı

21:31 - 16 Yanvar 2026

\"Qarabağ\" qələbə qazandı

Türkiyədə təlim-məşq toplanışında olan "Qarabağ" komandası növbəti yoxlama oyununda da qələbə qazanıb.


Manset.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Polşanın "Zaqlembe" komandasına qalib gəlib - 3:1.

Ağdam təmsilçisinin heyətində Leandro Andrade (6), Abdullah Zubir (56) və Joni Montiel (69) fərqləniblər.

Qeyd edək ki, Ağdam təmsilçisi daha əvvəl Özbəkistanın "Neftçi" klubunu beş cavabsız qolla üstələyib, Xorvatiyanın "Osiyek" kollektivini 3:1 hesabı ilə məğlub edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az