Ronaldo 6-cı, Messi 11-ci oldu

00:30 - 19 Yanvar 2026

Ronaldo 6-cı, Messi 11-ci oldu

Dünyanın ən böyük internet ensiklopediyası olan "Vikipediya" fəaliyyət göstərdiyi 25 il ərzində ən çox oxunan məqalələrin reytinqini açıqlayıb.


Manset.az Qol.az-a istinadən xəbər verir ki, "Wikimedia" fondunun təqdim etdiyi siyahıda futbol dünyasının iki nəhəngi, Kriştiano Ronaldo və Lionel Messi də yer alıb.

Portuqaliyalı ulduz Kriştiano Ronaldonun səhifəsi ümumilikdə 209 milyondan çox oxunub. Bu göstərici ilə o, tarixin ən çox axtarılan 6-cı şəxsi olub.

Onun əzəli rəqibi Lionel Messi isə 169 milyon baxış sayı ilə siyahıda 11-ci yerdə qərarlaşıb. Argentinalı futbolçu bu nəticə ilə Maykl Cekson, Adolf Hitler və Eminem kimi məşhurları geridə qoymağı bacarıb.

"Vikipediya" tarixinin ən çox oxunan səhifələri (Top-15):

  • İllər üzrə ölümlər siyahısı - 647 025 321
  • ABŞ - 328 501 200
  • Donald Tramp - 325 397 973
  • II Elizabet - 253 385 102
  • Hindistan - 210 779 909
  • Kriştiano Ronaldo - 209 262 818
  • Barak Obama - 200 619 072
  • İlon Mask - 197 557 684
  • İkinci Dünya Müharibəsi - 196 185 039
  • Böyük Britaniya - 180 986 829
  • Lionel Messi - 169 027 752
  • Maykl Cekson - 168 519 508
  • "Taxt oyunları" (Game of Thrones) - 166 648 136
  • Adolf Hitler - 163 955 099
  • Eminem - 159 866 098

Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az