"Qalatasaray"da yeni kirayə transfer

10:33 - 19 Yanvar 2026

\"Qalatasaray\"da yeni kirayə transfer

"Qalatasaray" qış transfer dövrünün ilk transferini açıqlamağa hazırlaşır. 


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, klub Noa Lang ilə anlaşma əldə edib.

"Qalatasaray" uzun müddətdir transfer siyahısında yer alan Noa Lang transferi üçün "Napoli" klubu və oyunçu ilə razılığa gəlib.

Məlumata görə, Noa Lang "Qalatasaray"da oynamağa razı olub. Hər iki klub 2 milyon avro məbləğində icarə haqqı üzərində razılaşıb. İcarə müqaviləsi və opsiyonla birlikdə ümumi paket qiymətinin 30 milyon avrodan yuxarı olduğu bildirilib.

Hollandiya millisinin üzvü olan futbolçunun "Kopenhagen"lə olan oyundan sonra komandadan ayrılacağı qeyd edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az