Azərbaycanın UEFA Çempionlar Liqasındakı təmsilçisi “Qarabağ” bu gün Liqa mərhələsində yeddinci oyununa çıxacaq.
Manset.az xəbər verir ki, komandamız Almaniyanın “Ayntraxt” klubunu qəbul edəcək. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 21:45-də başlanacaq.
İsveçrədən olan hakimlər briqadasının idarə edəcəyi qarşılaşma “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.
21 yanvar
“Qarabağ” (Azərbaycan) – “Ayntraxt” (Almaniya)
Tofiq Bəhramov adına Respublika Stadionu. Saat 21:45
Baş hakim: Sandro Şarer
Baş hakimin köməkçiləri: Stefan De Almeyda, Yonas Erni
Dördüncü hakim: Yohannes von Mandaç
VAR: Fedayi San
AVAR: Lukas Fandrix
(Hakimlər briqadası İsveçrədəndir)