UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunun "Qarabağ" - "Ayntraxt" (Almaniya) oyununda ikinci hissə başlayıb.
Manset.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda davam edən matçda tərəflər hərəyə 1 dəfə fərqləniblər.
Görüşü isveçrəli FIFA referisi Sandro Şerer idarə edir.
***
22:34
UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunun "Qarabağ" - "Ayntraxt" (Almaniya) oyununda ilk hissə başa çatıb.
Manset.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda tərəflər fasiləyə 1:1 hesablı heç-heçə ilə yollanıblar.
Görüşü isveçrəli FIFA referisi Sandro Şerer idarə edir.
***
22:01
UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunun "Qarabağ" - "Ayntraxt" (Almaniya) oyununda ikinci qol vurulub.
Manset.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qonaqlar hesabı bərabərləşdiriblər - 1:1.
11-ci dəqiqədə Can Uzun adını tabloya yazdırıb.
***
21:54
UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunun "Qarabağ" - "Ayntraxt" (Almaniya) oyununda hesab açılıb.
Manset.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda ev sahibləri hesabda önə keçiblər.
4-cü dəqiqədə Kamilo Duran fərqlənib.
***
21:48
UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunun "Qarabağ" - "Ayntraxt" (Almaniya) oyunu start götürüb.
Manset.az xəbər verir ki, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.
Görüşü isveçrəli FIFA referisi Sandro Şerer idarə edir.