“Geniş, düzgün və ətraflı cavabı elə Prezident bildirib” - Qurban Qurbanov

01:11 - 22 Yanvar 2026

“Geniş, düzgün və ətraflı cavabı elə Prezident bildirib” - Qurban Qurbanov

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev “Qarabağ”ı Çempionlar Liqasının əsas mərhələsində “Ayntraxt” üzərində parlaq qələbə qazanması münasibətilə təbrik edərək bildirib ki, “Birinci dəfə deyil ki, UEFA tərəfindən təyin edilən hakimlər ədalətsiz və qərəzli qərarları ilə Qarabağın qələbə yolunu kəsməyə çalışırlar. Ümid edirəm ki, UEFA bu hakimin kimin tərəfindən təyin olunmasına aydınlıq gətirəcək”.


Manset.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov həmin paylaşım haqda aşağıdakıları bildirib:

“Əlavə şərhə ehtiyac yoxdur. Mən də sizin kimi, hirsləndim, amma özümü tez ələ ala bildim. Normaldır, futbolda belə hallar olur. Çox geniş, düzgün və ətraflı cavabı elə Prezident bildirib”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az