Fransanın “Renn” klubuna transfer olunan Sebastian Şimanski “Fənərbaxça” ilə vidalaşıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Fransa Liqa 1 təmsilçisi “Renn”ə keçən Sebastian Şimanski “Fənərbaxça”ya vida paylaşımı edib.
Polşalı yarımmüdafiəçi sosial şəbəkə hesabında paylaşdığı açıqlamada bunları bildirib:
“Bu gün mənim üçün vidalaşmaq və karyeramın çox xüsusi bir mərhələsini başa vurmaq vaxtıdır. Bu klubun bir hissəsi olmaq imkanı yaratdıqları üçün rəhbərliyə təşəkkür edirəm. Bu formanı geyinmək mənim üçün böyük şərəf idi.
Komanda yoldaşlarıma, məşqçilərimə və klubda çalışan hər kəsə gündəlik əməyiniz və daimi dəstəyiniz üçün minnətdaram. Və əlbəttə ki, bu klubun ürəyi olan azarkeşlərə – hər oyunda göstərdiyiniz dəstək və qeyd-şərtsiz sevginiz üçün təşəkkür edirəm.
Hamınıza uğurlar arzulayıram və gələcək üçün ən xoş arzularımı çatdırıram.”