“Qarabağ” Liverpula bu tarixdə gedəcək

10:45 - 24 Yanvar 2026

“Qarabağ” Liverpula bu tarixdə gedəcək

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 8-ci turunda “Qarabağ” səfərdə “Liverpul”la qarşılaşacaq.



Manset.az Qol.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisinin İngiltərəyə yola düşəcəyi vaxt bəlli olub. Qurban Qurbanovun komandası yanvarın 26-da Liverpul şəhərinə gedəcək. Bakıdan çarter reysi ilə uçuş saat 15:00-a nəzərdə tutulub.

“Qarabağ”ı yetərincə uzun yolçuluq gözləyir - düz 7 saat.

Xatırladaq ki, “Liverpul” - “Qarabağ” oyunu yanvarın 28-si, Mərkəzi Avropa vaxtı ilə saat 21:00, Bakı vaxtı ilə isə yanvarın 29-su, saat 00:00-da başlanacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az