Lotar Matteus ağır zədə aldı

14:16 - 24 Yanvar 2026

Lotar Matteus ağır zədə aldı

1990-cı ildə Almaniya millisinin heyətində dünya çempionu olmuş Lotar Matteus Avstriyanın Oberlex-na-Arlberq dağ-xizək kurortunda istirahət edərkən ağır zədə alıb.


Manset.az xəbər verir ki, bu barədə Bild nəşri məlumat yayıb.

64 yaşlı almaniyalı xizək sürərkən yıxılıb və nəticədə ona çiyin bağlarının ikili yırtılması diaqnozu qoyulub. "Qızıl top" sahibi hadisənin tətilin sonuncu günündə baş verdiyini bildirib. O, istirahətin sonuncu günündə, sonuncu enişi edən zaman buzlu və kələ-kötür yamacda çuxuru görmədiyini və sağ tərəfi üstə bərk yıxıldığını söyləyib.

Keçmiş futbolçu Münhendə əməliyyat olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az