"Milan" fransalı qapıçısı Mayk Menyanla müqavilə müddətini uzadıb.
Manset.az Offsideplus.az-a istinadən xəbər verir ki, qolkiperin İtaliya klubu ilə yeni müqaviləsi 2031-ci ilə qədər nəzərdə tutulub.
Müqavilənin rəsmiləşdirilməsi prosesi yekunlaşmaq üzrədir.
Qeyd edək ki, cari mövsümdə A Seriyasında 20 matç keçirən Mayk qapısında 16 qol görüb.