ABŞ-nin Las-Veqas şəhərində UFC-324 turniri çərçivəsində rusiyalı Umar Nurməhəmmədov və braziliyalı Deyvison Fiqereydu arasında döyüş keçirilib.
Manset.az Oxu.az-a istinadən xəbər verir ki, görüş cəmi üç raund davam edib və rusiyalı idmançının qələbəsi ilə yekunlaşıb.
Bununla da Umar Nurməhəmmədovun hesabında qələbələrin sayı 20-yə çatıb, o, bir döyüşdə isə məğlub olub.
Qeyd edək, Umar Nurməhəmmədovun keçmiş UFC çempionu Həbib Nurməhəmmədovun qardaşıdır.