“Sabah” “Karvan-Yevlax”ı darmadağın etdi

22:00 - 25 Yanvar 2026

“Sabah” “Karvan-Yevlax”ı darmadağın etdi

“Sabah” Azərbaycan Premyer Liqasında liderliyini möhkəmləndirib.


Manset.az xəbər verir ki, 17-ci turun son oyun günündə lider “Sabah” autsayder “Karvan-Yevlax”ı qəbul edib.

Masazırdakı “Bank Respublika Arena”da baş tutan qarşılaşma meydan sahiblərinin 4:1 hesablı darmadağını ilə başa çatıb.

Abşeron təmsilçisinin qolları Aron Maluda (9, 22), Umarali Raxmonaliyev (32) və Velko Simiç (84) vurublar. Qonaqların təsəlli qoluna isə 83-cü dəqiqədə Olavale Doyeni imza atıb.

Qeyd edək ki, bu qələbədən sonra xallarını 40-a çatdıran “bayquşlar” vahid liderliyini davam etdirirlər. Bununla da onlar ötən gün “Kəpəz”ə sürpriz şəkildə (0:2) məğlub olan “Qarabağ”la xal fərqini artıq 4-ə yüksəldiblər. “Karvan-Yevlax” isə 6 xalla turnir cədvəlinin sonuncu pilləsində qalıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az