"Beşiktaş" klubu mövsümün əvvəlində İtaliyanın “Roma” klubundan icarə əsasında heyətinə qatdığı ingilis futbolçu Təmmi Abrahamın transferi ilə bağlı qərarını açıqlayıb.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, klub futbolçunun müqaviləsində nəzərdə tutulan satınalma hüququndan istifadə edildiyini rəsmən bəyan edib.
"Beşiktaş" Futbol İnvestisiyaları Sənaye və Ticarət Açıq Səhmdar Cəmiyyəti tərəfindən İctimaiyyəti Məlumatlandırma Platformasına göndərilən açıqlamada bildirilib ki, peşəkar futbolçu Kevin Oqenetega Tamaraebi Bakumo-Abraham ilə bağlanmış transfer müqaviləsində göstərilən şərtlər tam şəkildə yerinə yetirilib və bununla da oyunçunun daimi transferinə dair müddəa qüvvəyə minib.
Açıqlamada qeyd olunub ki, bu razılaşma çərçivəsində “Roma” klubuna 13 milyon avro məbləğində transfer haqqı ödəniləcək.