"Qarabağ"da qol vurmağı bacaran sürətli futbolçular var" - Arne Slot

20:44 - 27 Yanvar 2026

\"Qarabağ\"da qol vurmağı bacaran sürətli futbolçular var\" - Arne Slot

"Qarabağ" öz bacarığını bu mövsüm güclü komandalara göstərib.


Manset.az Report-a istinadən xəbər verir ki, bunu İngiltərənin "Liverpul" klubunun baş məşqçisi Arne Slot deyib.

Mütəxəssis evdə "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII turunun qarşılaşması ilə bağlı fikirlərini bölüşüb:

"Rəqibin heyətində sürətli futbolçular var. Topla rahat rəftar edirlər. "Qarabağ" öz bacarığını bu mövsüm güclü komandalara göstərib. Onlar asanlıqla məğlub ediləcək rəqib deyil. Hətta, "Qarabağ" bu mövsüm Çempionlar Liqasında "Çelsi"yə qarşı matçda 2:2 hesablı heç-heçəyə nail olub. Bu da onu göstərir ki, qitənin ən nüfuzlu klub turnirində zəif komanda yoxdur. Bizim cari mövsüm Çempionlar Liqasında qarşılaşdığımız bütün komandalar güclü olub".

Xatırladaq ki, "Liverpul" - "Qarabağ" oyunu yanvarın 28-dən 29-na keçən gecə baş tutacaq. Matç Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az