"Futbolçularım "Liverpul"a qarşı ən yaxşı oyunlarından birini göstərəcəklər" 

23:16 - 27 Yanvar 2026

\"Futbolçularım \"Liverpul\"a qarşı ən yaxşı oyunlarından birini göstərəcəklər\" 

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov futbolçularının "Liverpul"la (İngiltərə) matçda ən yaxşı oyunlarından birini göstərəcəklərinə inanır.


Manset.az xəbər verir ki, təcrübəli mütəxəssis bunu "köhlən atlar"ın UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII turunda "Liverpul"a qarşı keçirəcəyi oyundan öncə mətbuat konfransında deyib.

Baş məşqçi onları maraqlı qarşılaşmanın gözlədiyini bildirib:

"Əsas mərhələnin son oyununa çıxırıq. Möhtəşəm stadionda və möhtəşəm azarkeşlər qarşısında çıxış edəcəyik. "Liverpul"un heyətində olan futbolçular hər zaman qələbəyə istəklidirlər. Çox istəyirik ki, İngiltərədə yaxşı oyun sərgiləyək. İnanıram ki, futbolçularım sabah ən yaxşı oyunlarından birini göstərəcəklər".

Qeyd edək ki, "Liverpul" - "Qarabağ" oyunu yanvarın 28-dən 29-na keçən gecə baş tutacaq. Matç Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az