"Qalatasaray" Çempionlar Liqasında səfərdə "Mançester Siti" ilə qarşılaşacaq.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, Okan Burukun Viktor Osimhenə ilk 11-də şans verməsi gözlənilir.
Oyunda Sane, Barış Alper Yılmaz və İlkay Gündoğan kimi futbolçuların da meydanda olacağı ehtimal edilir.
"Qalatasaray"ın ehtimal olunan ilk 11-liyi belədir: Uğurcan, Sallai, Sanchez, Abdülkerim, Eren, Torreira, Lemina, Sane, İlkay, Barış Alper, Osimhen.