Bu futbolçular axşam meydana çıxmayacaq - "Liverpul"un ciddi itkiləri var

16:18 - 28 Yanvar 2026

Bu futbolçular axşam meydana çıxmayacaq - \"Liverpul\"un ciddi itkiləri var

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Liverpul” – “Qarabağ” qarşılaşması öncəsi meydan sahiblərinin ciddi itkiləri var. 


Manset.az-ın əldə etdiyi məlumata görə, “Liverpul”da əsas problem müdafiə xəttində yaşanır. Bir sıra aparıcı futbolçuların zədə və şəxsi səbəblərdən kənarda qalması baş məşqçi Arne Slotu çətin vəziyyətdə qoyub. 

Belə ki, Co Qomez “Bornmut”la matçda dizindən zədələndiyi üçün bu oyunda olmayacaq. Bundan başqa Aleksander İsak ayaq sümüyünün sınığı səbəbindən uzun müddət meydana çıxa bilməyək. Həmçinin Konor Bredli dizindən əməliyyat olunması səbəbilə mövsümü vaxtından əvvəl başa vurub. Covanni Leoninin ayağının çarpaz bağlarının qırılması isə müdafiədəki boşluğu daha da dərinləşdirib.

Hazırda Federiko Kyeza  fərdi məşqlər etsə də, onun da oyunda iştirakı hələ də sual altındadır, son iki oyunu buraxıb. Bundan əlavə, qapıçı Alisson Beker də uzun müddətdir ki, zədəlidir. “Liverpul”un baş məşqçisinin mətbuat konfransında bildirdiyinə görə, hələ qolkiper oyun üçün tam hazır deyil. İngiltərəlilərin əsas oyunçularından olan İbrahima Konate atasının vəfatı səbəbindən komandaya dəstək ola bilməyəcək. 

Ceyden Danns isə əvvəlki fiziki problemi səbəbindən hazırda məşqlərdə iştirak etmir və bərpa prosesi davam edir. Aleksander İsak dekabrın 22-də topuq nahiyəsindən aldığı zədə — fibula sümüyünün sınığı səbəbindən əməliyyat olunub və bir müddət yaşıl meydanlardan o da uzaq qalacaq. 

Hazırda “Liverpul”da cəzalı futbolçu yoxdur. Kertis Cons “Qarabağ”la oyunda sarı vərəqə alacağı təqdirdə, Avropa turnirində növbəti oyunu buraxacaq.

“Qarabağ”da isə vəziyyət rəqiblə müqayisədə daha sabitdir. Bununla belə, Ağdam təmsilçisinin də müəyyən itkiləri var. Ağdamlıların əsas oyunçularından hesab edilən Kadi Borges zədə səbəbindən bir müddətdir meydanlardan uzaq qalıb.  Kevin Medina isə baş nahiyəsindən aldığı zərbədən sonra həkim nəzarətindədir və onun oynayıb-oynamayacağı oyun saatına yaxın məlum olacaq. 

Mütəxəsislərin fikrincə, “Liverpul”un müdafiə xəttindəki çatışmazlıqlar bu matçın taleyinə birbaşa təsir göstərə bilər.

Qeyd edək ki, qarşılaşma bu gün Bakı vaxtı ilə gecə saat 00:00-da məşhur “Enfild Road” stadionunda  keçiriləcək.


Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az