Youssef En Nesyri "Juventus"un transfer təklifini rədd edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, əsas səbəbinin maaş fərqi olduğu məlum olub. Mərakeşli hücumçu kirayə getməyə və maaşından imtina etməyə razı olmayıb.
Ara transfer dönəmində "Fənərbaxçada" ən çox müzakirə edilən futbolçulardan biri olan Youssef En Nesyri ayrılıq iddialarına baxmayaraq hələ də komandada qalmaqdadır. Rəhbərlik hücumçu mövqeyinə əlavə güc qatmaq üçün işlərini davam etdirərkən Mərakeşli futbolçunun verdiyi qərar prosesi kilidləyib.