UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII turunun "Liverpul" (İngiltərə) - "Qarabağ" oyununda beşinci qol vurulub.
Manset.az xəbər verir ki, "Enfild" stadionunda keçirilən matçda meydan sahibləri üstünlüklərini bir qədər də möhkəmləndiriblər - 5:0.
60-cı dəqiqədə Aleksis Makallister dubl müəllifi olub.
***
01:16
UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII turunun "Liverpul" (İngiltərə) - "Qarabağ" oyununda dördüncü qol vurulub.
Manset.az xəbər verir ki, "Enfild" stadionunda keçirilən matçda meydan sahibləri üstünlüklərini bir qədər də möhkəmləndiriblər - 4:0.
57-ci dəqiqədə Yoqo Ekitike diqqət mərkəzinə düşüb.
***
01:10
UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII turunun "Liverpul" (İngiltərə) - "Qarabağ" oyununda üçüncü qol vurulub.
Manset.az xəbər verir ki, "Enfild" stadionunda keçirilən matçda meydan sahibləri üstünlüklərini bir qədər də möhkəmləndiriblər - 3:0.
50-ci dəqiqədə Məhəmməd Salah qapını dəqiq nişan alıb.
***
01:10
UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII turunun "Liverpul" (İngiltərə) - "Qarabağ"oyununda ikinci hissə başlayıb.
Manset.az xəbər verir ki, "Enfild" stadionunda keçirilən matçda meydan sahibləri 2:0 hesabı ilə öndədirlər.
Görüşü slovakiyalı FIFA referisi İvan Krujlyak idarə edir.
***
00:48
UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII turunun "Liverpul" (İngiltərə) - "Qarabağ" oyununda ilk hissə başa çatıb.
Manset.az xəbər verir ki, "Enfild" stadionunda keçirilən matçda meydan sahibləri fasiləyə 2:0 hesabı ilə üstün yollanıblar.
Görüşü slovakiyalı FIFA referisi İvan Krujlyak idarə edir.
***
00:24
UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII turunun "Liverpul" (İngiltərə) - "Qarabağ" oyununda ikinci qol vurulub.
Manset.az xəbər verir ki, "Enfild" stadionunda keçirilən matçda meydan sahibləri üstünlüklərini bir qədər də möhkəmləndiirblər - 2:0.
21-ci dəqiqədə Florian Virts adını tabloya yazdırıb.
***
00:17
UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII turunun "Liverpul" (İngiltərə) - "Qarabağ" oyununda hesab açılıb.
Manset.az xəbər verir ki, "Enfild" stadionunda keçirilən matçda meydan sahibləri hesabda irəli çıxıblar.
Aleksis Makallister 15-ci dəqiqədə fərqlənib.
***
00:00
UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII turunun "Liverpul" (İngiltərə) - "Qarabağ" oyunu start götürüb.
Manset.az xəbər verir ki, qarşılaşma "Enfild" stadionunda keçirilir.
Görüşü slovakiyalı FIFA referisi İvan Krujlyak idarə edir.