"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin sonuncu - VIII turunda "Liverpul"a (İngiltərə) böyük hesabla uduzub.
Manset.az xəbər verir ki, "Enfild" stadionunda keçirilirən matçda ev sahibləri 6:0 hesablı qələbəyə seviniblər.
Məğlubiyyətə baxmayaraq "köhlən atlar" əsas mərhələdə topladığı 10 xal sayəsində pley-off mərhələsinə yüksəlməyi bacarıb.