ÇL-də növbəti tura yüksələn komandalar bəlli oldu

02:32 - 29 Yanvar 2026

ÇL-də növbəti tura yüksələn komandalar bəlli oldu

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin sonuncu yəni, VIII turunun oyunları keçirilib.


Manset.az xəbər verir ki, son matçların ardından yekun turnir cədvəli müəyyənləşib.

    Yeni formata əsasən, ilk səkkizlik bu cürdür:

    “Arsenal” (İngiltərə), “Bavariya” (Almaniya), “Liverpul” (İngiltərə), “Tottenhem” (İngiltərə), “Barselona” (İspaniya), “Çelsi” (İngiltərə), “Sportinq” (Portuqaliya), “Mançester Siti” (İngiltərə).

    İlk səkkizlikdən əlavə pley-off mərhələsinə adını yazdıran komandalar isə bunlar olub:

    “Real Madrid” (İspaniya), "İnter" (İtaliya), PSJ (Fransa), "Nyukasl" (İngiltərə), "Yuventus" (İtaliya), "Atletiko Madrid" (İspaniya), "Atalanta" (İtaliya), "Bayer" (Almaniya), "Dortmund" (Almaniya), "Olimpiakos" (Yunanıstan), "Brügge" (Belçika), "Qalatasaray" (Türkiyə), "Monako" (Fransa), "Qarabağ" (Azərbaycan), "Bodo Qlimt" (Norveç), "Benfika" (Portuqaliya).

    Qeyd edək ki, pley-off mərhələsinin püşkatması yanvarın 30-da gerçəkləşəcək.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az