"Rəqib komandaya hörmətlə yanaşırdıq" - "Liverpul"un baş məşqçisi

03:06 - 29 Yanvar 2026

\"Rəqib komandaya hörmətlə yanaşırdıq\" - \"Liverpul\"un baş məşqçisi

İngiltərənin "Liverpul" UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII turundakı rəqibi "Qarabağ"a hörmətlə yanaşıb.


Manset.az xəbər verir ki, bunu mersisaydlıların baş məşqçisi Arne Slot Ağdam təmsilçisi ilə matçdan sonra mətbuat konfransında deyib.

Mütəxəssis evdə "Qarabağ"a qarşı keçirdikləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII turunun qarşılaşması ilə bağlı fikirlərini bölüşüb:

"Maraqlı qarşılaşmaya şahidlik etdik. Rəqibə hörmətlə yanaşırdıq. Çətin matçları geridə qoyduq. Çempionlar Liqasında ilk "8-lik"də yer almaq sevindiricidir".

Qeyd edək ki, "Liverpul" - "Qarabağ" oyunu meydan sahiblərinin 6:0 hesablı qələbəsi ilə bitib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az