"Liverpul"la oyun bizim üçün dərs olacaq" - Bəhlul Mustafazadə

11:46 - 29 Yanvar 2026

\"Liverpul\"la oyun bizim üçün dərs olacaq\" - Bəhlul Mustafazadə

"Liverpul"la oyun "Qarabağ" üçün dərs olacaq.


Manset.az Report-a istinadən xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Bəhlul Mustafazadə Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlamasında deyib.

"Pley-off mərhələsinə yüksəldiyimiz üçün şadıq. "Liverpul"la oyuna görə təəssüf hissi keçiririk. Ümumilikdə bizim üçün yaxşı Çempionlar Liqası mövsümü oldu. Yolumuza davam edirik. "Liverpul"la matç bizə dərs olacaq", - deyə müdafiəçi vurğulayıb..

O, potensial rəqiblər haqqında da fikirlərini bölüşüb:

"Nyukasl" PSJ-dən bizə daha uyğun rəqib kimi görünür. Amma hər ikisi çox güclü komandadır. Mübarizə aparmağa çalışacağıq".

B.Mustafazadə Çin klubuna keçəcəyi ilə bağlı xəbərlərə də münasibət bildirib:

"Hələ ki, rəsmi təklif yoxdur. İndidən bu barədə nəsə demək düzgün olmaz".

Qeyd edək ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsini 10 xalla 22 sırada bitirən "Qarabağ" pley-offda İngiltərənin "Nyukasl" və ya Fransanın PSJ klubu ilə üz-üzə gələcək. Bu raundun püşkü yanvarın 30-da atılacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az