Pley-offa vəsiqə "Qarabağ"ın gəlirini artırdı

13:35 - 29 Yanvar 2026

Pley-offa vəsiqə \"Qarabağ\"ın gəlirini artırdı

"Qarabağ" UEFA Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanmaqla gəlirini artırıb.


Manset.az xəbər verir ki, komanda Çempionlar Liqasının son turunda "Liverpul"a məğlub olsa da, büdcəsinə iki milyon avro qazanc gətirə bilib.

Belə ki, Liqa mərhələsini ilk 24-lükdə bitirən komanda bir milyon avro bonus əldə edib. Eyni zamanda, Ağdam təmsilçisinin pley-off mərhələsində iştirak etməsi ona əlavə bir milyon avro qazandıracaq.

Qeyd edək ki, "köhlən atlar"ın cari mövsümdəki gəliri təxminən 32.75 milyon avroya (66.8 milyon manat) çatıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az