Matçda dava düşdü - 2 klub da cəzalandırıldı

00:30 - 30 Yanvar 2026

Matçda dava düşdü - 2 klub da cəzalandırıldı

İngiltərə Futbol Assosiasiyası "Tottenhem" və "Aston Villa" klublarını cəzalandırıb.


Manset.az Qol.az-a istinadən xəbər verir ki, buna səbəb Federasiya Kubokunun 3-cü mərhələsi çərçivəsində keçirilən oyunda baş verən qalmaqal olub.

Qurum hər iki klubu futbolçularına nəzarət edə bilmədikləri üçün günahkar sayıb. Klublar günahlarını etiraf etdikləri üçün istintaq tez yekunlaşıb və tərəflərə 125 min funt sterlinq məbləğində cərimə tətbiq olunub.

Xatırladaq ki, "Aston Villa"nın 2:1 hesablı dramatik qələbəsi ilə bitən matçda gərginlik pik həddə çatıb və futbolçular arasında kütləvi dava düşüb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az