“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsində İngiltərənin “Nyukasl” klubuna qarşı keçirəcəyi oyunların dəqiq vaxtı məlum olub.
Manset.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi ilk matçını fevralın 18-də doğma meydanda – Tofiq Bəhramov adına Respublika Stadionunda keçirəcək.
Qarşılaşma saat 21:45-də start götürəcək. Tərəflər arasındakı cavab qarşılaşması isə fevralın 24-dən 25-nə keçən gecə Bakı vaxtı ilə saat 00:00-da “St James' Park” stadionunda baş tutacaq.
Qeyd edək ki, bu cütün qalibi turnirin 1/8 final mərhələsinə birbaşa vəsiqə qazanmış “Barselona” və ya “Çelsi”dən biri ilə rəqib olacaq.