"Milan" qapıçısı ilə yeni müqavilə imzaladı

22:53 - 31 Yanvar 2026

\"Milan\" qapıçısı ilə yeni müqavilə imzaladı

İtaliyanın "Milan" klubu əsas qapıçısı Mik Menyanla müqavilənin müddətini artırıb.


Manset.az Qol.az-a istinadən xəbər verir ki, klub fransalı qolkiperlə yeni sözləşmə imzalayıb. Tərəflər arasındakı yeni razılaşma 2031-ci ilin yayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, cari mövsümdə bütün turnirlərdə 25 oyuna çıxan Menyan bunların 11-də qapısını toxunulmaz saxlamağı bacarıb. 

Xatırladaq ki, 2021-ci ildən Milan təmsilçisində çıxış edən təcrübəli oyunçu ümumilikdə 188 matçda forma geyinib. O, komandası ilə İtaliya çempionluğu və ölkə Superkubokunu qazanıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az