“Qarabağ”ın keçmiş rəqibi indiki rəqibini darmadağın etdi - VİDEO

14:14 - 01 Fevral 2026

“Qarabağ”ın keçmiş rəqibi indiki rəqibini darmadağın etdi - VİDEO

İngiltərə Premyer Liqasında 24-cü turun oyunları keçirilir.


Manset.az xəbər verir ki, “Liverpul” doğma meydanda “Nyukasl”la üz-üzə gəlib.

Arne Slotun komandası rəqibini darmadağın edib - 4:1. Mersisaydlıların qollarını Uqo Etkitike (41,43), Florian Virtz (67), Konate (90+3) vurub. “Nyukasl”dan isə Qordon fərqlənib.

Qeyd edək ki, “Liverpul” Çempionlar Liqasının Liqa mərhələsində Azərbaycan təmsilçisi “Qarabağ”la rəqib olub və təmsilçimizə 6:0 hesabı ilə qalib gəlib. “Nyukasl” isə ÇL-in pley-off mərhələsində “Qarabağ”ın rəqibidir.

“Liverpul” - “Nyukasl” matçının qollarına buradan baxa bilərsiz.




Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az