"Barselona"nın prezidenti Joan Laporta La Liqanın son turunda keçirilən "Real" - "Rayo Valyekano" matçı (2:1) barədə sərt fikirlər səsləndirib.
Manset.az Qol.az-a istinadən xəbər verir ki, klub rəhbəri əzəli rəqiblərinin qələbə qazandığı oyundakı hakim qərarlarını tənqid edib.
Laporta xüsusilə əlavə vaxtın çoxluğundan və rəqib oyunçuların davranışından narazılığını bildirib:
"Oyunu izlədim və 9-10 dəqiqə əlavə vaxtın haradan çıxdığını anlaya bilmədim. Niyə bu qədər uzun vaxt verildiyi sual doğurur. Bir neçə epizodda açıq-aydın görünürdü ki, bəzi futbolçular (“Real”ın oyunçuları - red.) cərimə meydançasında toxunuş varmış kimi davranaraq simulyasiyaya əl atırlar. Əslində bu hallarda vərəqə göstərilməli idi. Bu baxımdan "Rayo Valyekano"ya qarşı haqsızlıq edildi və komanda oyunda çox əlverişsiz vəziyyətə salındı".
Xatırladaq ki, "Real" sözügedən qarşılaşmada qələbəni 90+10-cu dəqiqədə Kilian Mbappenin penaltidən vurduğu qolla təmin edib.